Kanadada sərnişin təyyarəsi sərt enişdən sonra YANDI

DÜNYA 29 dekabr 2024, 12:41
Sent-Cons şəhərindən Halifaksa daxili reys həyata keçirən Kanadanın “Pal Airlines” sərnişin təyyarəsi “Halifax Stanfield” hava limanına sərt eniş edib. Enərkən qanadı uçuş-eniş zolağına dəyən təyyarə alovlanıb.

Demokrat.az xəbər verir ki, hava limanının məlumatına görə, hadisə yerli vaxtla saat 21:30-da baş verib. İlkin ehtimallara görə, hadisəyə təyyarənin şassisində baş verən nasazlıq səbəb olub. Qəza nəticəsində heç kimin xəsarət almadığı bildirilir.

Qəzadan sonra hava limanı bir müddət bağlanıb və problemlər aradan qaldırıldıqdan sonra fəaliyyətini bərpa edib.

Bir müddət öncə, Cənubi Koreyanın “Muan” hava limanında təyyarə eniş zamanı uçuş-enmə zolağının kənarına çıxaraq hasara çırpılıb. Qəza zamanı təyyarənin göyərtəsində ekipaj üzvləri də daxil 181 nəfər olub. Son məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 yanvar 2025, 00:01
31 dekabr 2024, 22:33
Top