Gənc oğlan arvadının həmkəndlisi ilə münasibətindən şübhələndi, sonra... — TƏFƏRRÜAT

KRİMİNAL 27 dekabr 2024, 21:38
Saatlı rayonunda 1992-ci il təvəllüdlü Nəsib şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Günaya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 8 iyun 2024-cü ildə Saatlı rayonunun kəndində baş verib. Nəsib həmin gün saat 23 radələrində yaşadığı fərdi yaşayış evinin həyətində qısqanclıq zǝminində həmkəndlisi Rzanın evinin yaxınlığına arvadı Günayı çağırmasından şübhə edib, əsəbiləşərək Günayı söyüb.

Nəsib arvadını təhqir etdikdən sonra həyətdə olan daş parçasını götürərək onun alın nahiyəsindən qəsdən vurub. Nəticəsində ona xəsarətlər yetirib. 

Hadisəni törədən Nəsibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, iyunun 8-də, saat 23 radələrində arvadı Günay ilə aralarında qısqanclıq zəmnində mübahisə yaranıb: “Həmin vaxt sərxoş olduğum üçün Günayın alın nahiyəsinə daş ilə vuraraq ona xəsarət yetirdim. Hazırda zərərçəkmiş şəxslə barışmışam”. 

Bu cinayət işinə Saatlı Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nəsib 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.

Hökmün icrası Saatlı rayon İcra və Probasiya Şöbəsinə tapşırılıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 dekabr 2024, 13:19
Top