Təyyarə Çeçenistana qatı duman və dron hücumları səbəbindən eniş edə bilməyib.
Bu barədə Russia Today nəşri məlumat yayıb.
Aktau yaxınlığında qəzaya düşən Embraer E190AR təyyarəsi Çeçenistanda qatı duman və Ukraynanın dron hücumları səbəbindən eniş edə bilməyib.
Təyyarə nəzərdə tutulmuş istiqamətindən yayındırılıb, çünki Çeçenistanda hava şəraiti eniş üçün təhlükəli idi və davam edən dron hücumları vəziyyəti daha da çətinləşdirib.
"Rossaviasiya" isə açıqlamaya yayaraq bildirib ki, Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin qəzaya uğradığı saatlarda Qroznı yaxınlığında vəziyyətin çətin olub:
"Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının qarşısını almaq məqsədilə "Xalça" adlı müdafiə planı tətbiq olunmuşdu"
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.
Təyyarənin "qara qutu"su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq. (Milli.Az)