“Sağ qalanlar var…” — Təyyarə qəzası ilə bağlı AZAL-dan AÇIQLAMA

HADİSƏ 25 dekabr 2024, 11:40
Bu gün Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı AZAL açıqlama yayıb.

Demokrat.az
-a daxil olan açıqlamada qeyd olunur ki, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub:

“Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top