İvanka Tramp siyasətdən niyə gedib?

DÜNYA 24 dekabr 2024, 20:59
İvanka Tramp atasının üçüncü dəfə prezidentliyə namizədliyini açıqlamasından sonra siyasətlə əlaqələrini tamamilə kəsib. 

Demokrat.az xəbər verir ki, ABŞ-ın yeni prezidentinin qızı 2022-ci ildə sosial mediada etdiyi paylaşımda bu barədə danışmışdı:

"Atamı çox sevirəm. Bu dəfə kiçik övladlarıma və ailəmə üstünlük verməyi seçirəm. Siyasətə qarışmağı planlaşdırmıram", deyə İvanka bildirib.

İvanka Trampa yaxın mənbələr onun bu qərarının qəti olduğunu və həyat yoldaşı Cared Kuşner ilə birlikdə Florida ştatında daha sakit və xüsusi bir həyat sürmək üçün çalışdıqlarını bildirir.

Siyasət dövründə aldığı qərarlara görə davamlı olaraq təhlil və tənqidə məruz qalan İvanka liberal çevrəsindəki bəzi dostları tərəfindən kənarlaşdırılıb və öz adına yaratdığı moda markasını bağlamaq məcburiyyətində qalıb.

.Həyatının yeni mərhələsində İvanka siyasətə geri dönməyəcəyini vurğulayaraq deyib: "Siyasət çox qarışıq və mənfi bir dünyadır. Bilirsiniz ki, bu, həqiqətən də  çox çətin işdir. Ona görə də mənim və ailəmin  siyasətdən uzaq durması düzgün qərardır".


Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top