Şəkər saç tökülməsinin qarşısını alır

MARAQLI 20 dekabr 2024, 21:36
 Şeffild Universitetinin alimləri müəyyən ediblər ki, şəkər saç tökülməsini müalicə etməyə kömək edir.

Demokrat.az
xəbər verir ki, araşdırma  Frontiers in Pharmacology jurnalında dərc olunub.

Bu günə qədər bu problemi müalicə etmək üçün yalnız iki dərman (minoksidil, finasterid) təsdiq olunub. 

Ancaq minoksidil hər kəsə kömək etmir.  Finasterid ciddi yan təsirlərə səbəb olur.

Dezoksiriboza orqanizmdə təbii olaraq mövcud olan və DNT-nin formalaşmasında mühüm rol oynayan şəkərdir. 

Testosteron səviyyəsinin artması nəticəsində yaranan keçəllikdən əziyyət çəkən siçanlar üzərində təcrübə aparılıb. 

Keçəllik bölgələrinə gündəlik olaraq deoksiribozlu bir gel tətbiq olunub və bir neçə həftədən sonra saçların tam bərpası qeyd edilib.  

 
Əfsanə Kamal 
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 dekabr 2024, 19:27
Top