Bakıda qardaşla bacı arasında mülk davası — TƏFƏRRÜAT

KRİMİNAL 18 dekabr 2024, 11:26
Bakının Xəzər rayonunda 1984-cü il təvəllüdlü Bəxtiyar ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı bacısı Südabəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə 30 aprel 2024-cü ildə baş verib. 

Bəxtiyar yaşadığı evdə saat 20 radələrində bacısı Südabə ilə aralarında baş vermiş münasibətlər zəminində onun sifət və baş nahiyəsindən bir neçə dəfə yumruqla qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Bəxtiyarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəxtiyar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, məlum hadisə günü saat təxminən 20 radələrində yaşadıqları evdə bacısı Südabə ilə evi satmaq üstündə aralarında mübahisə düşüb: 

“Mübahisə zamanı Südabə mənim ünvanına nalayiq söyüşlər söyərək təhqir etdi. Bundan əsəbiləşərək yaşadığmız evdə şillə ilə Südabənin sifət və baş nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq ona xəsarət yetirdm. Sonra bacım döyülərək xəsarət alması barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Südabəyə xəsarət yetirən zaman yaşadıqları evdə digər bacısı olsa da, o digər otaqda olduqları üçün hadisənin şahidi olmayıb: 

“Mən Südabənin bizə məxsus olan evi satmaq üstündə aramızda baş vermiş mübahisə zəmində şillə ilə onun sifət və baş nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirmişəm”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmündən göstərilib ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxs ondan şikayətçi olmayıb. Bu səbəbdən Bəxtiyarın barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top