Əsəd qaçdı, 26 ton qızıl anbarda qaldı, amma...

DÜNYA 17 dekabr 2024, 13:41
Suriya Mərkəzi Bankının anbarında Ərəb Respublikasının yeni hakimiyyət orqanlarının əldə edə bilmədiyi 26 tona yaxın qızıl qalıb. 

Demokrat.az xəbər verir ki, bu barədə "Reuters"in materialında deyilir. 

Agentliyin məlumatına görə, ölkənin qızıl ehtiyatları 2011-ci ildən bəri dəyişməyib. Qalan qızılın dəyəri 2,2 milyard dollar olaraq qiymətləndirilir.

Dünya Qızıl Şurasının məlumatına görə, əvvəllər ölkədəki böhrandan istifadə edən yeni hökumət Mərkəzi Bankın kassalarından birinə girərək Suriya funtlarını çıxarıblar. Lakin qızıl ehtiyatına giriş ciddi təhlükəsizlik tədbirləri səbəbindən əlçatmaz olaraq qalır: giriş üçün xüsusi kod və müxtəlif insanların əlində olan üç açar tələb olunur. Bundan əlavə, saxlama anbarı partladılma cəhdlərindən qorunur və  lazımi giriş vasitələri olmadıqda ora daxil olmaq mümkün deyil.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top