Yunanıstan Türkiyəyə qarşı ordusunu gücləndirdiyini açıqlayıb

DÜNYA 16 dekabr 2024, 20:13
Yunanıstan 2025-ci il büdcəsi ilə müdafiə xərclərini artırmağa qərar verib.

Müdafiə naziri Nikos Dendias Türkiyənin təhdidlərini əsaslandıraraq, “Yunanıstan real təhlükə ilə üz-üzədir” deyib.

Demokrat.az xəbər verir ki, hökumət və müxalifət müdafiə xərclərinin illik büdcənin 3,5 faizini əhatə etməsi ilə bağlı razılığa gəliblər.

Yunanıstanın hakim Yeni Demokratiya Partiyası 300 nəfərlik parlamentdə 2025-ci il büdcəsini 159 səslə təsdiqləyib. Müdafiə xərclərinə dair səsvermədə geniş konsensus əldə olunub.

NATO bu qərara görə Yunanıstana təbrik mesajı göndərib.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top