Dekabrın 15-də səhər saatlarında Qroznıda bir neçə partlayış baş verib.
Demokrat.az rusdilli "Telegram" kanallarına istinadən xəbər verir ki, Qroznıda ən azı beş partlayışın baş verdiyi bildirilib.
Məlumata görə, şəhərə hücum edən Ukrayna dronunun hədəfi Çeçenistan Daxili İşlər Nazirliyinin çevik polis (OMON) bazası və patrul xidmətinin 2-ci alayı olub. Belə ki, buradan Rusiya-Ukrayna müharibəsində iştirak etmək üçün şəxsi heyət göndərilir.
Qeyd edək ki, bu, həftə ərzində Qroznıya üçüncü dron hücumudur. Çeçenistan rəhbəri Ramzan Kadırov dekabrın 12-də Qroznıda Ukraynaya məxsus pilotsuz uçuş aparatının vurulduğunu, onun qalıqlarının Axmat Kadırov adına xüsusi polis alayının ərazisinə düşdüyünü, 4 nəfərin yaralandığını bildirib. Daha əvvəl isə Daxili İşlər Nazirliyinin alayı pilotsuz uçuş aparatları ilə hücuma məruz qalmışdı.
Xatırladaq ki, Ukrayna PUA-ları ilk dəfə oktyabrın 29-da Çeçenistana hücum edib.