"Șahdəniz" yatağından bu günədək çıxarılan kondensat və qazın həcmi məlum olub.
Demokrat.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, yataqdan bugünədək 48,3 milyon tona yaxın kondensat, 234,3 milyard kubmetr qaz çıxarılıb.
Qeyd edək ki, bu gün "Şahdəniz" yatağından ilk hasilata başlanılmasından 18 il ötür.
“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın Pay Bölgüsünə dair Saziş” 4 iyun 1996-cı ildə imzalanaraq, həmin ilin oktyabr ayının 17-də qüvvəyə minib.
Xəzərin Azərbaycan sektorunda yerləşən və dünyanın ən böyük qaz və kondensat yataqlarından biri olan “Şahdəniz” yatağı 1999-cu ildə kəşf edilib. 1 trilyon m³ qaz və 243 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdıb. (Trend)