Şəkidə 3 nəfər canavar hücumuna məruz qaldı

HADİSƏ 13 dekabr 2024, 11:52
Şəkidə 3 nəfərə canavar hücum edib.

Demokrat.az xəbər verir ki, hadisə Şorsu kəndində qeydə alınıb.

Kənd sakini Seymur İsayev övladını məktəbə apararkən canavarın hücumuna məruz qalıb və ona xəsarət yetirib.

Cumakənd kəndində isə 68 yaşlı Səfərəli Həsənov və 28 yaşlı Məhəmməd Məmmədov canavar hücumundan xəsarət alıblar.

Həmin şəxslərə Şəki Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 dekabr 2024, 14:14
13 dekabr 2024, 13:36
Top