Rusiyanın "Rosneft" şirkəti Hindistanın özəl neft emalı zavodu "Reliance" ilə gündə təxminən 500 min barel tədarükü üçün 10 illik müqavilə bağlayıb.
Valyuta.az-ın məlumatına görə, "Reuters" mənbələrə istinadən xəbər verir ki, bugünkü qiymətlərlə bu müqavilə ildə 13 milyard dollara başa gələcək və bu, Rusiya-Hindistan arasında neft tədarükünə dair ən böyük sazişə çevriləcək.
Agentlik mənbələrinin məlumatına görə, tədarüklərin əksəriyyəti Urals nefti olacaq və gələn il üçün Dubay qiymətindən 3 dollar aşağı satılacaq. Eyni zamanda, şirkətlər neft bazarlarının dinamikasını nəzərə almaqla, hər il sövdələşmə çərçivəsində qiymətləri və tədarük həcmini nəzərdən keçirəcəklər. Çatdırılmaların başlanması 2025-ci ilin yanvarına planlaşdırılır.
Müqavilənin şərtlərinə əsasən, "Rosneft" hər ay 80 min tondan 100 min tona qədər neftin 20-21 partiyası və hər biri təxminən 100 min tona qədər olan 3 partiya mazut tədarük edəcək. Təchizat Qucarat ştatının qərbində yerləşən dünyanın ən böyük neft emalı zavodu Reliance kompleksinə aparılacaq.
"Reliance" şirkətin Rusiya da daxil olmaqla beynəlxalq təchizatçılarla işlədiyini və sövdələşmələrin bazar şərtlərinə əsaslandığını, lakin tədarük müqaviləsinin məxfiliyini qorumaq üçün əlavə şərh verməkdən imtina etdiyini bildirib. Rosneft də şərh verməkdən yayınıb.
2022-ci ildə Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra Hindistan Rusiyadan neft idxalında birinci yeri tutub. 2024-cü ilin may ayında idxal sutkada 1,96 barel təşkil edib ki, bu da ölkənin ümumi neft tədarükünün 40,3%-nə bərabərdir. Eyni zamanda, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) dekabr hesabatında Hindistanda neftə tələbatın artması ilə bağlı proqnozunu aşağı salıb.