Mətanətin qızı ilə bağlı peşmançılığı

ŞOU-BİZNES 11 dekabr 2024, 23:46
"Arada qızımın yanına gedə bilmirəm. Bacımı göndərirəm, gedib 1 ay qalıb gəlir".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli  "Xəzər axşamı" verilişində deyib. Müğənni Türkiyəyə gəlin köçən qızı Ülkərdən danışıb. Onun üçün darıxdığını bildirən İsgəndərli kövrəlib:

"Arada mən də gedirəm. Amma tez-tez yox. Uzağa qız verməkdən pis nəsə yoxdur. Çətindir. Yarı canım qalır onun yanında. Bircə qızım var... Elə bilirdim öyrəşəcəyəm, amma öyrəşə bilmədim. Bir qızım var, o da getdi düşdü başqa ölkəyə".

Qeyd edək ki, M.isgəndərlinin qızı ailəlidir və Antalyada yaşayır.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top