Azərbaycanda daha bir şirkət ləğv edilir

İQTİSADİYYAT 11 dekabr 2024, 23:06
“Prime Textile” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunduğunu elan edib.

Demokrat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti bildirib.

Belə ki, kreditorlar iki ay ərzində tələblərini AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 48 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, şirkət 2012-ci ildə “Prime Personnel” Məhdud Məsuliyyəti kimi dövlət qeydiyyatına alınıb. 2019-cu ildə isə şirkət rebrendiq edərək indiki adını - “Prime Textile” Məhdud Məsuliyyətli Cəmiyyəti alıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Məmmədova Kəmalə Natiq Qızıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top