Hərbçilərlə bağlı Əsasnaməyə dəyişiklik olunub

HƏRBİ 10 dekabr 2024, 12:02
“Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik olunub.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş  “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməklə hərbi xidmətdən buraxılan şəxslərlə yanaşı, (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), xidməti uyğunsuzluğa görə hərbi xidmətdən buraxılanlar da (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyəcək.  

Qanun layihəsi üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib. (Qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 dekabr 2024, 23:42
Top