Türkiyədəki şəhid olan hərbçilərin sayı 6-ya çatdı

DÜNYA 09 dekabr 2024, 14:32
Türkiyənin İsparta şəhərinin Keçiborlu rayonu ərazisində baş verən helikopter qəzası zamanı şəhid olan hərbçilərin sayı altıya yüksəlib.

Demokrat.az xəbər verir ki, hadisə İsparta Quru Aviasiya Məktəbinin təlim uçuşu zamanı iki helikopterin toqquşması nəticəsində baş verib.

Helikopterlərdən biri qəzaya uğrayıb, digəri isə təhlükəsiz eniş edə bilib.

Hadisə ilə bağlı açıqlama verən İsparta valisi Abdullah Erin şəhid olanlardan birinin İsparta Quru Aviasiya Məktəbinin komandanı general-mayor (tuğgeneral) İsa Baydilli olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top