Suriyanın Moskvadakı Səfirliyində müxalifətin bayrağı qaldırıldı

DÜNYA 09 dekabr 2024, 12:25
Suriyanın Rusiyadakı Səfirliyinin binası üzərində Suriya müxalifətinin bayrağı qaldırılıb.

Bu barədə məlumatı TASS yayıb. 

Bildirilib ki, bundan əvvəl Suriyada müxalifətin hakimiyyətə gəlməsindən sonra diplomatik missiyanın binasından Suriya Ərəb Respublikasının bayrağı endirilib. 

Onu da xatırladaq ki, Suriya ordusunun müxalifət qüvvələri noyabrın 27-də başlayan sürətli hücumu dekabrın 8-nə keçən gecə başa çatdıraraq Dəməşqi ələ keçiriblər. (Qafqazinfo)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top