"ABŞ Suriyanın yaratdığı riskləri azaltmaq üçün tərəfdaşlarla çalışacaq"

DÜNYA 08 dekabr 2024, 23:47
ABŞ administrasiyası Suriyanın yaratdığı riskləri azaltmaq üçün tərəfdaşlar və maraqlı tərəflərlə işləyəcək.

Demokrat.az xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Suriyadakı vəziyyətlə bağlı Ağ Evdə çıxışı zamanı deyib.

"ABŞ Suriyadan gələn mümkün təhdidlər fonunda İsrail, İordaniya, İraq və Livanın rəhbərliyi ilə məsləhətləşmələr aparacaq", - Bayden qeyd edib.

Bayden, həmçinin əlavə edib ki, Vaşinqton İŞİD-ə qarşı mübarizəni davam etdirmək niyyətindədir və onun dirçəlməsinə imkan verməyəcək. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top