Goranboyda iki qadın dəm qazından zəhərləndi

HADİSƏ 07 dekabr 2024, 09:14
Goranboyda iki qadın dəm qazından zəhərlənib.

Hadisə Qaraçinar kəndində baş verib. 2004-cü il təvəllüdlü Elyasova Ayşən Rəşid qızı və 2000-ci il təvəllüdlü Bağırova Gülşən Abdulla qızı yaşadıqları evdə dəm qazından zəhərlənərək halsız vəziyyətə düşüblər. Doğmalarının köməyi ilə hər iki qadın təcili xəstəxanaya çatdırılıb. Görülən zəruri tibbi yardım sahəsində zəhərlənən qadınların durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır. (Unikal)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top