Rusiya Səhiyyə Nazirliyi COVID-19-a qarşı "Gam-VLP-multivac" adlı yeni vaksini qeydə alıb.
Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
"Rusiya Səhiyyə Nazirliyi koronavirus infeksiyasının qarşısını almaq üçün SARS-CoV-2 virusa bənzər hissəciklərə əsaslanan yeni peyvəndi qeydə alıb. Bu vaksin biotexnoloji üsullarla yaradılıb və onun hazırlanmasında patogen SARS-CoV-2 virusundan istifadə edilməyib", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, bu, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Rusiya tərəfindən hazırlanmış yeni nəsil peyvəndlərdən biridir.( Oxu.Az)