Xalq artisti Naibə Allahverdiyeva yeni film və seriallara çəkilməməsinin səbəbini açıqlayıb.
Bu barədə sənətçi "Həmin Zaur" verilişində danışıb. O, çox qonorar tələb etdiyini bildirib:
"Mən qonorar çox istəyirəm. Bu qonorarı da sənətimə uyğun istəyirəm. Həm də gözəl ssenarilər olmaldır. Son vaxtlar gözəl rejissorlarımız yetişir. Onların filmlərində çəkilmək istərdim. İnşallah çəkiləcəyəm. Həm də xarakterimizdə belə bir şey var. İstənilən sahədə belədir. Hər kəs öz dost-tanışını ətrafına yığır. Hələ də belə bir pozisyada yer alıblar. İnşallah ki, dəyişəcəklər".(axsam.az)