Rus qadın marka əşyalar üçün təyyarənin bütün baqajını alıb

DÜNYA 06 dekabr 2024, 20:37
Rus qadın xaricdən  Moskvaya marka əşyalar gətirmək üçün təyyarənin bütün baqaj yerini alıb. 

Demokrat.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb. 

Telekanalın məlumatına görə, qadının 50 qutu lüks malını gətirən təyyarə dekabrın 5 -də Dubaydan Vnukovoya  çatıb.  Eyni zamanda, eyni təyyarədə uçan digər sərnişinlərin sözlərinə görə, aviaşirkət onların baqajını kənara qoyub. Onlar 16 saatdan artıqdır ki, baqajlarını gözlədikləri üçün qəzəbləniblər.

Sərnişinlərin sözlərinə görə, onlar əşyalarını geri qaytarmaq üçün bir neçə saat lazımi sənədləri doldursalar da, əşyalarından xəbər yoxdur. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 aprel 2025, 21:48
Top