Bu ərazilərdə işıq kəsiləcək

SOSİAL 06 dekabr 2024, 11:12
"Çeşməbasar" yarımstansiyasından qidalanan 35/10 kilovoltluq "Əbrəqunus" hava elektrik verilişi xətti aparılan təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən Demokrat.az-a bildirilib ki, ona görə də dekabrın 7-də saat 10:30-dan 11:30-a qədər Culfa rayonunun Əbrəqunus, Ərəzin, Bənəniyar, Qızılca, Kırna, Saltaq, Xoşkeşin, Camaldın, Ləkətağ, Boyəhməd kəndlərində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top