Murtuz Ələsgərovun köməkçisi vəfat edib

SİYASƏT 05 dekabr 2024, 11:01
Milli Məclisin sabiq əməkdaşı Rauf Həşimov vəfat edib.

Bu barədə Demokrat.az-a Milli Məclisdən məlumat verilib.

Onun xəstəlikdən vəfat etdiyi bildirilir. Mərhumun üç-yeddi mərasimi bazar günü 6-cı mikrorayondakı "İmam Əli" məscidində veriləcək.

Qeyd edək ki, Rauf Həşimov 1996-2001-ci illərdə parlamentin spikeri olmuş Murtuz Ələsgərovun köməkçisi işləyib.

Daha sonra IV çağırış Milli Məclisin (2010-2015) İmişlidən olan deputatı Əsabil Qasımovun köməkçisi vəzifəsində çalışıb.

Rauf Həşimov 1953-cü ildə İmişli rayonunda ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirəndən sonra, 1971-ci ildə Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinə daxil olub.
Uzun müddət 5 nömrəli taksimator parkında vəzifə tutub. 1996-cı ildən 2019 -cu ilə kimi Milli Məclisdə müxtəlif işlərdə çalışıb.
 
Allah rəhmət eləsin! (Modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top