“Qarabağ” və “Kəpəz” 1/4 final mərhələsinə

İDMAN 04 dekabr 2024, 19:54
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Demokrat.az xəbər verir ki, eyni vaxtda start götürən matçlarda “Qəbələ” “Qarabağ”ı, “Kəpəz” “İmişli”ni qəbul edib. Hər iki qarşılaşma Premyer Liqa təmsilçilərinin qələbəsi ilə başa çatıb.

Ağdam klubu meydan sahiblərinin qapısından 2 cavabsız top keçirib. Hesabı 7-ci dəqiqədə Abdullah Zubir açıb. 90+1-ci dəqiqədə isə “Qəbələ”nin heyətində Murad Musayev avtoqol müəllifi olub.

“Kəpəz” isə çətinliklə mərhələ adlayıb. Matçın taleyini 1 qol həll edib. Kərim Lkuçanın 85-ci dəqiqədə penaltidən vurduğu qol Gəncə təmsilçisini 1/4 finala yüksəldib.

Növbəti mərhələdə “Qarabağ” “Səbail”lə, “Kəpəz” “Neftçi” – “Difai” cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
Top