Gürcüstanın paytaxtı Tbilisidə Rustaveli prospektində keçirilən mitinq zamanı daha 22 nəfər saxlanılıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlar inzibati qaydanı pozmaqda günahlandırılırlar. Gürcüstan Səhiyyə Nazirliyinin məlumatnda bildirilir ki, etirazlar nəticəsində Təcili Koordinasiya və Təcili Yardım Mərkəzinin briqadaları 15 nəfəri tibbi müəssisələrə yerləşdirib. Onlardan 11-i etirazçı, 3-ü media işçisi, 1-i isə DİN nümayəndəsidir.
Politoloq Turab Rzayev Demokrat.az-a açıqlamasında deyib ki, Gürcüstandakı hadisələr 2014-cü ildə Ukraynada baş vermiş meydan müharibəsini xatırladır.
Onun sözlərinə görə, Qərb, əslində, Gürcüstan hakimiyyəti istəmədən Gürcüstana Avropa İttifaqına üzvlüyə namizəd statusu verdi:
“Bir vaxt Ukraynada Yanukoviç Avropa İttifaqı ilə olan müqaviləni ləğv edib Rusiya ilə yaxınlaşmaq yolunu seçmişdi və bundan sonra da ölkədə “Maydan” hərəkatı başlamışdı. Gürcüstanda da bunun oxşarını edəcəklər. Hakimiyyət Avropadan uzaqlaşıb Rusiya ilə yaxınlaşır deyərək küçə etirazlarına başlayacaqlar. Belə də oldu. Ona görə də Gürcüstanda tamamilə Ukrayna ssenarisi görürük.
Böyük ehtimalla, Gürcüstanda küçə etirazları genişlənəcək və Qərbdən daha çox dəstək alacaq. Etirazçılar ya qalib gəlib hakimiyyəti devirəcəklər, yox, əgər, bu alınmasa, hökumət çox sərt tədbirlər görüb etirazları yatırsa, bu mövqeyinə görə Aİ və ABŞ Gürcüstana sanksiyalar qoyacaq və onu təcrid edəcəklər. Gürcüstan hakimiyyəti məcbur olub siyasi kursu dəyişəcək, əks təqdirdə narazılıq daha da artacaq”.
Törə Zeynallı
Demokrat.az