Pərvizlə Baləli Xəyyamın dəfninə niyə gəlmədi?

ŞOU-BİZNES 04 dekabr 2024, 16:08
Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Xəyyam Əhmədli uzunsürən xəstəlikdən sonra vəfat edib. Söz ustadı ötən gün Kənd Əhmədli qəbiristanlığında torpağa tapşırılıb.

“Qafqazinfo”nun məlumatına görə, Xəyyamın bir çox həmkarı onunla vidalaşmağa gəlsə də, meyxanaçılar Pərviz Bülbülə və Baləli Maştağalı vida zamanı gözə dəyməyib. Onların dəfndə iştirak etməməsi sosial şəbəkələrdə müzakirə edilib, müxtəlif fikirlər səsləndirilib. Baləlinin yoxluğunu bir neçə gün əvvəl Orxan Lökbatanlı ilə mərhumun səhhəti üçün lazım olan məbləğlə bağlı mübahisəsi ilə əlaqələndirənlər də var.

Əldə etdiyimiz məlumata görə isə əslində onların heç biri Xəyyamın ölümü günü ölkədə olmayıb. Belə ki, Pərviz də, Baləli də Rusiyada səfərdə imiş. Ayrı-ayrı məclisdə iştirak edən meyxanaçılar məhz bu səbəbdən dəfnə gələ bilməyiblər.

Hər iki sənətçi bu gün səhər saatlarında Bakıya qayıdıb. Bir az əvvəl Baləli Xəyyamın məzarını ziyarət etməyə gedib. Pərvizin də  mərhum həmkarını ziyarət edəcəyi bildirilib.

Qeyd edək ki, bir müddət idi Xəyyamın müalicəsi üçün pul toplanırdı. 44 yaşlı mərhumun ölümündən əvvəl lazım olan məbləğ əldə olunsa da, gec olub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 22:37
Top