Hindistanda cərrahlar qadının mədəsində qayçı unudub

DÜNYA 03 dekabr 2024, 21:40
Hindistanda cərrahlar iki il əvvəl qadının mədəsində qayçı unudublar.

Demokrat.az xəbər verir ki, qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edən 44 yaşlı Kamla Bai-nin mədəsində qayçı tapılıb. 

Həkimlərin dediyinə görə, bu əşya iki ildən çox əvvəl aparılan əməliyyat zamanı xəstənin içində qalıb.

Kompüter tomoqrafiyası göstərdi ki, qayçı bütün bu müddət ərzində Kamlanın bədənində olub və bu, onun xəstələnməyinə səbəb olub. 

Kamlanın ailəsi onun müalicəsində iştirak edən tibb işçilərinin məsuliyyətə cəlb olunmasını tələb edir. 

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:51
Top