"400 manat maaş alan adam necə aliment ödəsin?" — Sosioloqdan təklif

SOSİAL 03 dekabr 2024, 17:37
"Aliment mövzusuna hər zaman qadın və uşaq prizmasından yanaşılıb. 

Atanın borcudur övladına aliment vermək. Boşanmış ailələrdə minimum 95% ata uşağına aliment verməyə çalışır. Bu həm də bizim milli dəyərlərimizə görədir. Maksimum 5% kişi  övladına aliment verməkdən imtina edər".

Bu sözləri Demokrat.az-a sosioloq Elçin Bayramlı deyib. 

"Əksəriyyəti işsizlik ucbatından aliment verə bilmir. Bu da məcburi problemdir. Heç bir azərbaycanlı ata uşağının pis vəziyyətdə qalmasına göz yummaz. Ata alimenti işsizliyə görə verə bilmirsə, dövlət onu işlə təmin etməlidir. Əmək yarmarkalarında onlara üstünlük verilməlidir. 400 manat maaş alan adam necə 235 manat aliment verə bilər?".

Sosioloq bildirib ki, Yerdə qalan pulla yaşamaq mümkün deyil:

"Atanın yaşamaq hüququ əlindən alınır. Kompensassiyanı dövlət ödəməlidir. Gələcəkdə ata işlə təmin olunduğu zaman dövlət hər ay maaşından geri ödəmə ala bilər".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:51
04 dekabr 2024, 10:01
Top