"Bundan kasıb insanlar daha çox əziyyət çəkir"

REGİON 03 dekabr 2024, 16:17
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ölkədə yaxınlaşan benzin böhranı ilə bağlı xəbərdarlıq edib.

Demokrat.az bildirir ki, "Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə o, dövlət Teleradiosu ilə canlı yayımlanan müsahibəsində danışıb.

"İranda benzin idxalına pul ödənilən zaman büdcə kəsiri yaranır, bu da inflyasiyaya səbəb olur. Nəticədə, aztəminatlı təbəqələr daha çox əziyyət çəkir", - deyə o bildirib.

Hökumət hazırda ölkədə müşahidə edilən enerji çatışmazlığı böhranını "enerji balanssızlığı" kimi qiymətləndirir.

Qeyd edək ki, Prezident Pezeşkianın açıqlaması, İran parlamentinin gələn ilin büdcəsində benzin qiymətlərinin artırılması ilə bağlı müzakirələri ilə eyni vaxta təsadüf edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:51
04 dekabr 2024, 10:01
Top