Ölkədə ən çox iş yeri hansı şəhərlərdə açılıb? — SİYAHI

SOSİAL 03 dekabr 2024, 15:13
Bu ilin 9 ayında ölkəmizdə yaradılan yeni iş yerlərinin 77,43 faizi və ya 53 min 882 -si Bakı şəhərində açılılıb.

Demokrat.az, bu barədə Media Təhlil Mərkəzinin Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi rəqəmlərə istinadən hazırladığı hesabatda deyilir.

Digər bölgələrdə açılan iş yerlərinin sayı isə 15 min 705 olub və bu da ümumi göstəricinin 22,57 faizini təşkil edib.

Rəsmi rəqəmlər göstərir ki, 2024-cü ildə paytaxtda yaradılan yeni iş yerlərinin böyük əksəriyyəti mərkəzə yaxın hissələrdə açılıb. Bakıda açılan yeni iş yerlərinin böyük əksəriyyəti Nərimanov rayonunun payına düşür. Daha dəqiq desək, cari ilin ilk 9 ayında Bakı şəhərinin Nərimanov rayonunda 11 min 392 yeni iş yeri açılıb. 7 min 800 yeni iş yeri ilə Nəsimi rayonu ikinci, 6 min 659 yeni iş yeri ilə Xətai rayonu üçüncü yeri tutub.

Cari ilin ilk 9 ayında Bakı istisna olmaqla Azərbaycanın digər bölgələrində yaradılan yeni iş yerlərinin sayına görə, Abşeron rayonu 1601 yeni iş yeri ilə ilk sırada qərarlaşıb.

Sumqayıt şəhəri 1341 yeni iş yeri ilə ikinci yerdədir. İlk iki sırada yer alan bölgələr paytaxta ən yaxın ərazilər olsa da, üçüncü yeri 1331 yeni iş yeri ilə Naxçıvan şəhəri tutub. 4-cü və 5-ci sıralarda Gəncə və Şirvan şəhərləri qərarlaşıb. Cari ilin ilk 9 ayında Gəncə şəhərində 976, Şirvan şəhərində isə 878 yeni iş yeri yaradılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:51
04 dekabr 2024, 10:01
Top