Suriya MN bu xəbərləri təkzib edib

DÜNYA 02 dekabr 2024, 16:34
Silahlıların Həma vilayətinin şimalında komandanlıq üzvlərinə hücumu ilə bağlı xəbərlər təkzib edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin “Facebook” səhifəsində deyilir.

Onlar qeyd ediblər ki, Həmanın şimalındakı məntəqələrdə hərbi komandirlərdən hər hansı birinə hücum edilməsi barədə xəbərlər doğru deyil.

Noyabrın 28-də CNN telekanalı Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qüvvələrinə qarşı irimiqyaslı hücuma keçdiyini bildirib.

Nəticədə silahlılar 13 yaşayış məntəqəsini, o cümlədən strateji əhəmiyyətli Urm əs-Suğra və Əncar şəhərlərini ələ keçiriblər.


Əfsanə Kamal
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top