Mirzoyanı məhkəməyə verdilər

REGİON 02 dekabr 2024, 13:49
Müxalif "Ermənistan” fraksiyasının üzvü Kristine Vardanyan, Anna Qriqoryan, Qeqam Manukyan və Artur Xaçatryan hökuməti və Xarici İşlər Nazirliyini məhkəməyə verib.

Bu barədə yerli media məlumat yayıb.

"Biz tələb etdik ki, Ermənistan xarici işlər nazirinin 2024-cü il martın 14-də Azərbaycanla müzakirə olunan saziş layihələri ilə tanış olmağımızla bağlı qoyulan qadağalar götürülsün”, - deyə müraciətdə bildirilir.

Hakim Robert Makeyanın sədrliyi ilə keçirilən məhkəmə iddianı qəbul edib. İlkin məhkəmə baxışı 2025-ci il yanvarın 14-nə təyin edilib. (Musavat.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top