Məşhur professordan zəlzələ ilə bağlı XƏBƏRDARLIQ

DÜNYA 01 dekabr 2024, 18:49
Xəbər verdiyimiz kimi, noyabrın 29-u, saat 22:13-də Antalyanın Qazipaşa rayonu yaxınlığında, dənizdə 4.8 bal gücündə zəlzələ qeydə alınıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Kandilli Rəsədxanası isə zəlzələnin Aralıq dənizində baş verdiyini və 5.2 bal gücündə olduğunu açıqlayıb. Avropa-Aralıq Dənizi Seysmologiya Mərkəzi (EMSC) də zəlzələni 4.8 bal olaraq qeyd edib və onun mərkəzinin Kiprdə yerləşdiyini bildirib.

Türkiyənin tanınmış zəlzələ mütəxəssislərindən olan professor Naci Görür Antalyada baş verən zəlzələ ilə bağlı açıqlamalar verib.

O, bu barədə öz sosial media hesabında paylaşım edib, bir daha zəlzələyə davamlı şəhərlər inşa edilməsinin vacibliyini vurğulayıb.

"Getdiyim yerlərdə mütləq zəlzələ olacaq və ya müəyyən bir zamanda olacaq demirəm, çünki bunu bilmirik. Ancaq zəlzələ gözlədiyimiz yerləri açıqlayırıq.

Amma deyirəm ki, nə vaxtsa və necə olursa olsun, az və ya çox təbii fəlakətlə üzləşəcəyik. Gəlin, şəhərlərimizi fəlakətlərə davamlı hala gətirək və bunu tələb edək", - Naci Görür qeyd edib.//Musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
02 dekabr 2024, 10:12
02 dekabr 2024, 09:59
02 dekabr 2024, 09:35
02 dekabr 2024, 09:19
Top