Suriyada baş verənlərə Bəşər Əsədin ilk reaksiyası

DÜNYA 01 dekabr 2024, 11:34
Suriya Prezidenti Bəşər Əsəd Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla söhbətində ölkəsinin müttəfiqlərinin və dostlarının köməyi ilə terrorçuları məğlub etməyə qadir olduğunu bildirib.

Demokrat.az xəbər verir ki, bu barədə Suriya Prezidentinin ofisi məlumat yayıb.

“Prezident Əsəd telefon danışığı zamanı vurğulayıb ki, Suriya öz ərazi bütövlüyünü terrorçulardan və onların havadarlarından müdafiə etməkdə davam edir və müttəfiqləri və dostlarının köməyi ilə onları məğlub edib məhv etməyə qadirdir”, - ofisin rəsmi telegram kanalında dərc olunan məlumatda deyilir.

BƏƏ prezidenti ölkəsinin Suriyanı terrorizmlə mübarizədə, suverenlik, ərazi bütövlüyü və sabitliyin müdafiəsində dəstəklədiyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 27-dən Suriyada müxalif qüvvələr hərəkətə keçərək hökumətin nəzarətində olan ərazilərə hücum ediblər. Üç gün davam edən döyüşlərdən sonra müxalif qüvvələr ölkənin ikinci ən əhəmiyyətli şəhəri hesab olunan Hələbi nəzarətə götürüblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 dekabr 2024, 21:46
Top