Malayziyada daşqın: 122 000-dən çox təxliyə edilən və üç ölü

DÜNYA 30 noyabr 2024, 19:09
Malayziyada güclü yağışların səbəb olduğu ciddi daşqın ölkə üzrə 122 000-dən çox insanın təxliyə edilməsinə səbəb olub.

Oxu.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində üç nəfər həlak olub.
Xilasetmə xidmətləri güclü yağış və fırtına xəbərdarlığı qüvvədə qaldığı üçün ölənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edir.

Minlərlə təcili yardım işçisi zərərçəkənlərə kömək üçün göndərilib və artıq 679 müvəqqəti sığınacaq təşkil edilib. Zərər çəkmiş ərazilərdən avtomobilləri və evləri su basıb, yerli sakinlər isə bel səviyyəsində suda hərəkət etməyə məcbur olublar. Hazırda təxliyə edilənlərin sayı ölkədə ən böyük daşqınlardan birinin baş verdiyi 2014-cü ilin göstəricisini üstələyib.

Həftənin əvvəlində başlayan daşqın ən çox Tailandla həmsərhəd olan şimal-şərqi Kelantan ştatına təsir göstərib. Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli

Agentliyin məlumatına görə, təxliyə edilənlərin 63%-i bu ştatın payına düşür.

Təbii fəlakət Trengganu, Kedah, Negeri-Sembilan, Perlis, Selangor, Johor, Melaka və Perak ştatlarına da təsir göstərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 dekabr 2024, 10:01
Top