Yaponiya sahillərində güclü zəlzələ oldu

DÜNYA 30 noyabr 2024, 14:14
Yaponiyanın Nansey adaları yaxınlığında 5,7 bal gücündə güclü zəlzələ qeydə alınıb. Onun mənbəyi 40 km dərinlikdə yerləşib.

Demokrat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.

Zəlzələnin episentri Hirara şəhərindən 93 km şimal-şərqdə yerləşib. Burada 34,3 minə yaxın insan yaşayır.

Bununla bağlı tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi seysmoloqlar tərəfindən təsdiqlənmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 aprel 2025, 21:50
Top