Suraxanıda avtomobil piyadanı vuraraq öldürüb

HADİSƏ 30 noyabr 2024, 10:22
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə paytaxtın Suraxanı rayonu X. Ələkbərov küçəsində qeydə alınıb.

Tural Mahmudzadə idarə etdiyi "Ford Transit" markalı avtomobillə 1966-cı il təvəllüdlü Məmməd Səmədovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top