44 illik axtarışlardan sonra evli milyonçuların cəsədləri tapılıb

MARAQLI 28 noyabr 2024, 22:03
ABŞ -da 44 il əvvəl yoxa çıxan cütlüyə aid olduğu güman edilən insan qalıqları aşkar edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Sky News xəbər verir.

Keçən həftə hüquq-mühafizə orqanları Corciya ştatında gölməçədə 1978-ci ilin Lincoln Continental avtomobilinə bənzəyən batmış avtomobil aşkarlayıb. 

Neft şirkətinin keçmiş rəhbəri Çarlz Romer və onilliklər əvvəl müəmmalı şəkildə yoxa çıxan həyat yoldaşı Ketrin məhz orada istirahətdə olublar. 

Onlar 1980-ci ildə yoxa çıxıblar, bundan sonra genişmiqyaslı axtarışlar təşkil olunub.

Cütlük oteldə qalıb, sonra avtomobillə ətrafı gəzmək qərarına gəlib, lakin bir daha geri qayıtmayıb. Bununla bağlı aidiyyatı olan işçilər polisə məlumat veriblər. 

44 ildən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları itkin düşdüyü ehtimal edilən şəxslərin qalıqlarını tapa biliblər. Güman edilir ki, onlar yoxa çıxdığı vaxt Romerdə təxminən 81 min dollar dəyərində zinət əşyaları olub. 

Bununla belə, qəza variantı da nəzərdən keçirilir.

Əfsanə Kamal
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top