Noyabrın 28-i saat 9:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında çiskinli, yağıntılı hava şəraiti hökm sürür.
Bölgələrdə yağıntılı hava hökm sürür. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Balakən-Şəki zonasında 13-26 mm, Naxçıvan MR-da 5-9 mm, Quba-Qusar bölgəsində 3 mm, Qazax-Gəncə bölgəsində 2-5 mm, Mərkəzi Aran və Lənkəran-Astara bölgəsində 2 mm yağıntı qeydə alınıb.
Dağlıq ərazilərə qar yağıb, yağan qarın hündürlüyü Sarıbaşda (Qax) 18 sm, Əlibəy (Zaqatala), Şahbuzda 16 sm, Şahdağda 11 sm, Qrızda (Quba) 7 sm, Gədəbəydə 4 sm, Şəkidə 2 sm olub.
Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsib, küləyin sürəti arabir artıb. Bəzi rayonlarda duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.
Nəqliyyat eksperti Yasin Mustafayev yağıntılı, dumanlı havada sürücüləri diqqətli olmağa çağırıb. O, Demokrat.az-a açıqlamasında deyib ki, qış fəslinin gəlişinə hazırlıq məqsədilə sürücülər bəzi təhlükəsizlik tədbirlərinə əməl etməlidirlər:
“Qışın gəlişi ilə rejim də dəyişir. Avtomobillərin təkərləri ilk növbədə qış təkərlərinə dəyişdirilməlidir. Temperatur 5 dərəcəyə və ondan aşağı düşərsə, qış təkərlərinə keçilməlidir, şinləri dəyişməyə ehtiyac yaranır. Bundan başqa, yağışlı, qarlı, dumanlı havada sürət həddini düzgün seçmək çox vacibdir. Bəzi sürücülər qoyulmuş sürət həddinə görə hərəkət edirlər. Amma müəyyən edilmiş sürət həddi ən optimal şəraitdə gedilə bilən sürət həddidir. Duman, yağıntı varsa, sürücü artıq sürəti düzgün seçməlidir. Bu da artıq onun peşəkarlığı və təcrübəsindən asılıdır. Ara məsafəsinə diqqət yetirilməlidir. Düzgün ara məsafəsi saxlanılmalıdır ki, toqquşma, qəza baş verməsin. Avtomobilin şüşəsilənləri işlək vəziyyətdə olmalıdır və donmayan maye tökmək lazımdır. Bu tədbirləri görmək lazımdır ki, avtomobil qış fəslinə hazır olsun”.
Törə Zeynallı
Demokrat.az