İnfarktı əngəlləməyin sadə yolu

MARAQLI 27 noyabr 2024, 21:17
İnfarktdan qorunmaq üçün profilaktik tədbirlər daha vacibdir, nəinki sonradan müalicə. Bir çoxları düşünür ki, infarkt olacaqsa, olacaq.

Demokrat.az  “Medicina”-ya istinadla xəbər verir ki, kardioloq Arina Arlanova ürəyi patologiyalardan qorumaq üçün əslində sadə vasitəni açıqlayıb.

“Bunun üçün mütləq hərəkət etmək, gəzmək və müxtəlif hərəki fəaliyyətlərlə məşğul olmaq lazımdır.

Müntəzəm gəzinti, yoqa, 30 dəqiqə gimnastika, üzgüçülük, fiziki iş qan dövranını artırır, damarları möhkəmləndirir, təzyiqi normallaşdırır. Əzələ kütləsini bərkidir, şəkəri salır.

Qidalanmada nələrdən qaçmalıyıq:

- Çox acı, kəskin ədviyyatlı qidalardan qaçmaq

- Yağlı qızarmış yeməmək

- Şəkər və duzu azaltmaq

- Çərəz, balıq, meyvələr yemək

Müntəzəm olaraq, qanda xolesterin, şəkər analizi vermək.

Qanda şəkər və təzyiq nəzarətdə saxlanmalıdır.

Eləcə də stress hormonunun qanda artmaması üçün psixoloji sakitləşdirici texnikalar etmək, əsəbləri müalicə etmək, nəfəs texnikaları edin”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 noyabr 2024, 21:36
Top