ABŞ hansı maraqlar uğruna Azərbaycanla münasibətləri düzəldəcək? — AÇIQLAMA

XARİCİ SİYASƏT 27 noyabr 2024, 17:29
“Donald Trampın yeni prezidentliyi dövründə Azərbaycanla münasibətlərin yenə də normal inkişaf xətti ssenarisinə qayıdacağını düşünürəm. Bayden adminstrasiyası dövründə erməni lobbisinə və fəaliyyətlərinə boyun əyən siyasətçilər gördük. Bu siyasətçilərin yarıtmaz fəaliyyəti ucbatından ABŞ-da Azərbaycana qarşı ciddi qərəz formalaşdı. Bu gün ABŞ Azərbaycan münasibətləri müstəqilliyimizi əldə etdikdən sonrakı illərdə ən kritik dövrünü yaşayır. İddia etmək olmaz ki, münasibətlərimiz artıq pozulub. Ancaq müsbət inkişaf tempi əvvəlki vəziyyətində deyil”.

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib:

Daha sonra o bildirib: “Trampın dövründə bu münasibətlər dəyişə bilər. Çünki Tramp adminstrasiyasının dünya siyasətinə olan görüşü fərqlidir. Xüsusilə Baydendən fərqli olaraq Tramp hərbi qarşıdurmaları,  güc çəkişmələrini ön plana çəkmir. O daha çox iqtisadi rəqabəti əsas tutur. Bilir ki, Amerikanın dünyada gücünü qoruyub saxlamağın yolu iqtisadi gücünü saxlamaqdır”.

O qeyd edib ki, Azərbaycanla münasibətlət Cənubi Qafqaz bölgəsində Amerikanın  maraqlarını təmin etmək baxımından effektiv nəticə verə bilər: 

“Tramp adminstrasiyası artıq Cənubi Qafqaz regionunda  Azərbaycanla münasibətləri qorumağa cəhd edə bilər. Həmçinin Çindən başlayan "Bir kəmər, bir yol" layihəsinin ən önəmli halqalarından biri Cənubi Qafqazdır. Burada da ən əsas rol Bakının üzərinə düşür. ABŞ belə önəmli layihədə öz maraqlarını qorumaq üçün də münasibətləri müsbət dəyərləndirəcək.
Bu münasibətlər konteksində dünya ticarətindəki yerini qorumağa çalışacaq. Maraqlarına xələl gətirəcək addımlardan çəkinəcək.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top