Çili prezidenti cinsi qısnamada ittiham olunur

DÜNYA 26 noyabr 2024, 20:20
Çili prezidenti Qabriel Boriç şəxsi şəkilləri yaymaqda və cinsi qısnama etməkdə günahlandırılır.

Demokrat.az
xəbər verir ki, bu barədə Radio BioBio Chile məlumat yayıb.

Boriçin vəkili bildirib ki, prezident sistemli təqiblərin qurbanı olub. Onun sözlərinə görə, ittihamların heç bir əsası yoxdur.

2014-cü ildə Boriç Magallanes bölgəsində hüquqşünas kimi fəaliyyət göstərərkən eyni qadın tərəfindən müxtəlif ünvanlardan göndərilən bir sıra elektron məktublar alıb. 

10 ildən sonra qadın prezidentdən şikayət edib. Lakin vəkil iddia edir ki, Boriç 2014-cü ilin iyul ayından bəri onunla əlaqə saxlamayıb.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 noyabr 2024, 21:29
Top