"Formula-1"ə yeni komanda qoşulur

İDMAN 26 noyabr 2024, 13:36
"Formula-1" rəhbərliyi 2026-cı il çempionatında iştirak etmək üçün "General Motors" və onun "Cadillac" brendi ilə prinsipial razılığa gəldiyini təsdiqləyib.

Demokrat.az xəbər verir ki, bu barədə "Liberty Media" məlumat yayıb.

"Formula-1"dən verilən açıqlamada bildirilir ki, "GM/Cadillac" kimi nəhəng ABŞ brendini çempionata gətirmək və GM-in gələcəkdə güc qurğusu istehsalçısı kimi çıxış etməsi idmana əlavə dəyər və maraq qata bilər.

"General Motors" rəhbərliyini və onların tərəfdaşlarını "Formula-1"də iştiraka hazırlıqda əhəmiyyətli irəliləyiş əldə etdiklərinə görə alqışlayırıq. Biz 2026-cı ildə "Team Cadillac" üçün təklif prosesini davam etdirə bildiyimizdən məmnunuq", - deyə F1-dən vurğulanıb. (oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 noyabr 2024, 13:31
Top