Rusiya ordusu yeni "Su-34" aldı

DÜNYA 25 noyabr 2024, 18:26
Birləşmiş Aviasiya Korporasiyası Rusiya Müdafiə Nazirliyinə "Su-34" qırıcı-bombardmançı təyyarələrinin yeni partiyasını təhvil verib.

 Demokrat.az xəbər verir ki, bu barədə “Rostec” dövlət korporasiyasının mətbuat xidməti məlumat yayıb.

“Yeni qırıcı-bombardmançı təyyarələr lazımi təlimləri keçərək öz növbətçi məntəqələrinə gediblər”, - deyə məlumatda bildirilir.

Rostec qeyd edib ki, bu təyyarələr yer və hava hədəflərini, həmçinin hava hücumundan müdafiə sistemlərinin əhatə etdiyi infrastruktur obyektlərini məhv etmək üçün nəzərdə tutulub. 

Dövlət korporasiyası qeyd edib ki, Su-34 həm də hava kəşfiyyatı missiyalarını yerinə yetirmək üçün istifadə oluna bilər.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 noyabr 2024, 18:05
Top