2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 235 manatdan 246 manata çatdırılması barədə müzakirələr ictimaiyyətdə bəzi narazılıqlara səbəb olub. Bunun boşanmaları təşviq edəcəyi bildirilir. Alimentin məbləğinin artırılması barədə müzakirə uşaqpulu məsələsini də gündəmə gətirib.
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, alimentin verilməsi qaydası Ailə Məcəlləsi ilə tənzimlənir:
“Aliment boşanmış və ayrı yaşayan, himayəsində və ya qəyyumluğunda uşaq olan anaya və ataya öz maaşının 1 uşaq üçün 25 faizi, 2 uşaqdırsa, 33 faizi, 3 və ya daha çox uşaq üçün 50 faizi məbləğində müəyyən olunur. Bu, həmişə belə olub. Maaş qalxdıqca məbləğ də qalxır. Məsələ odur ki, hər il həm uşaqlar, həm təqaüdçülər, həm də əmək qabiliyyətli şəxslər üçün ortalama yaşayış minimumu müəyyənləşdirilir. Misal üçün, gələn il üçün yaşayış minimumu ümumorta əhali üçün 285 manat olacaq. Ötən il 270 manat idi. Əməkhaqqısı sabit olmayan valideyndən məhkəmə aliment olaraq uşaqlar üçün ortalama yaşayış minimumunu tələb edir. İnflyasiya olanda yaşayış minimumu da artır”.
Ekspertin fikrincə, alimentin məbləğinin artması boşanmalara təsir etməyəcək. Uşaqpuluna gəldikdə isə iqtisadçı hesab edir ki, Azərbaycanda bu adda yardımın verilməsi doğru deyil:
“Uşaqpulunun verilməsi bizim ölkə üçün doğru deyil. İsveç, Almaniya, Rusiya, Ukrayna üçün uşaqpulunun verilməsi doğru ola bilər. Uşaqpulu o ölkələrdə verilir ki, orada doğum stimullaşdırılsın. Azərbaycanda isə demoqrafik artım var, əhalinin sayında gənclərin payı çoxdur. Biz, əksinə, insanlara iş yeri tapa bilmirik, gənclərə iş verə bilmirik. Ona görə də uşaqpulu verib uşaqların sayının artmasına dəstək vermək ölkəmizin hazırkı demoqrafik və iqtisadi vəziyyətinə uyğun deyil.
Yaşından asılı olmayaraq hamının yaxşı yaşamasını istəyiriksə, ünvanlı sosial yardımın daha çox insanı əhatə etməsinə diqqət ayırmalıyıq. Bu, ehtiyacı olan insanların spektrinə hökumətin yardımı deməkdir. Ünvanlı sosial yardımı müzakirə etməliyik ki, daha çox insan yardım ala bilsin. Ünvanlı sosial yardım verilərkən ailənin ehtiyac meyarı hesablanır və uşaqlar da nəzərə alınır, yəni uşağa da pul çatmış olur. Uşaqpulunun verilməsini təbliğ etmək yanlışdır”.
Törə Zeynallı
Demokrat.az