Mikayıl Cabbarov: Azərbaycanda neft hasilatı azalıb

İQTİSADİYYAT 25 noyabr 2024, 15:12
2024-cü ildə Azərbaycanda neft hasilatının həcmi 29,2 milyon ton proqnozlaşdırılır.

Demokrat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin (MM) iclasında 2025-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

2023-cü ildə Azərbaycanda 30 189,6 min ton neft hasil edilib. Beləliklə, 2024-cü ildə bu rəqəm 3,3% azala bilər.

Cabbarov xatırladıb ki, ölkədə neft hasilatının pik həddi 2010-cu ildə (50,8 milyon ton) qeydə alınıb. “2014-cü ildə Azərbaycanda neft hasilatı 42,1 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2021-ci ildə 31,6 milyon ton təşkil edib”.

Nazir qeyd edib ki, bu il Brent markalı neftin orta qiymətinin 80 dollar/barel civarında olacağı gözlənilir: “Müqayisə üçün qeyd edək ki, 2014-cü ildə neftin orta qiyməti 99 dollar olub”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 noyabr 2024, 16:16
Top