"Vilyam Hacıyevə hər ay üç min AZN ödəyirəm" deyən vəzifəli şəxs işdən çıxarıldı

SİYASƏT 25 noyabr 2024, 13:52
İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Sabir oğlu Məmmədov vəzifəsindən azad edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, N.Məmmədov İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyevin məhkəməsində verdiyi ifadəsində bildirmişdi ki, ona hər ay üç min AZN ödəyir.

"Əks halda, işləməyinə imkan verilməzdi. Qohumum beton zavodunda işləyirdi. Rayonda icra hakimiyyətinin sifarişi ilə bina tikilirdi. O binanın beton işini qohumuma versinlər deyə pul vermişdik. Ayda özüm də idarə rəisi kimi 3 000 manat verirdim. Çünki rayonun yiyəsi idi, yoxsa işləyə bilməzdim. Su qıt idi, camaatda narazılıq yaranırdı. Camaatı öyrədib üstümüzə salırdılar. Verməsək, işləmək qeyri-mümkün idi", - idarə rəisi ifadəsində qeyd edib. (Pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 noyabr 2024, 16:16
Top