Rusiya Ermənistanın Avrasiyada vahid və bölünməz təhlükəsizlik sisteminin inkişafında iştirakına ümid edir.
Demokrat.az “İzvestiya”ya istinadla xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
Onun sözlərinə görə, Rusiya “erməni tərəfdaşlarının Avrasiya qitəsində bərabər və bölünməz təhlükəsizlik sisteminin yaradılması üzrə birgə səylərdə fəal iştirakına ümid edir".
"Bu ideyanı bu il iyunun 14-də Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. Rusiya XİN rəhbərliyi ilə görüşdə və Kazanda keçirilən son BRİKS sammiti zamanı yenidən dilə gətirilib.
Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələlərindən danışarkən biz Rusiya-Ermənistan müttəfiq əməkdaşlığına, o cümlədən KTMT çərçivəsində müqayisə oluna bilən real alternativlərin olmadığı mövqeyinə sadiqik. Rusiya Ermənistanın təhlükəsizliyini həm ikitərəfli formatda, həm də KTMT vasitəsilə təmin etmək öhdəliyinə sadiq qalır”, - deyə səfir qeyd edib.